İtaliya klubu baş məşqçisi ilə müqavilə müddətini uzatmaq istəyir
İtaliyanın “Atalanta” klubu baş məşqçisi Can Pyero Qasperini ilə müqavilə müddətini 2026-cı ilin yayına qədər uzatmaq istəyir.
Agah.az “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, tərəflər cari mövsümün sonunda yeni anlaşmanı müzakirə edəcəklər.
Müqavilə müddətinin uzadılması “Atalanta”nın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmaycağından asılı olmayacaq.
Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2016-cı ilin yayından A Seriyası təmsilçisinə rəhbərlik edir. Onunla hazırkı müqavilənin müddəti bu yay başa çatacaq. “Atalanta” 57 xalla turnir cədvəlində 6-cı pillədə yer alıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45