Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər
Azərbaycan cüdoçusu Elcan Hacıyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada yarımfinalda Azərbaycanın digər təmsilçisi Murad Fətiyevi məğlub edən macarıstanlı Kristian Totla üz-üzə gələcək. M.Fətiyev isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Bekauri ilə görüşəcək.
100 kiloqramda çıxış edən Zelim Kotsoyev də bürünc medal görüşünə çıxacaq. Onun rəqibi niderlandlı Mixael Korrel olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medalın sahibi olub.
(055) 436-46-45