Daha bir ölkə Fələstin dövlətini tanıdığını açıqlayıb

Daha bir ölkə Fələstin dövlətini tanıdığını açıqlayıb
Dostuna göndər xəbərdən agah olsun:

Yamaykanın Xarici İşlər və Xarici Ticarət Nazirliyi Fələstin dövlətini tanıdığını bildirib.

Bu barədə Yamaykanın xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit açıqlama yayıb.

Onun sözlərinə görə, Yamayka Nazirlər Kabineti toplantıdan sonra Fələstini rəsmən dövlət olaraq tanımağa dair qərar qəbul edib.

Conson Smit deyib ki, ölkəsi uzun müddətdir davam edən İsrail və Fələstin münaqişənin həlli üçün yeganə əlverişli variant kimi iki dövlət prinsipinin reallaşmasını həll yolu olaraq görür və onu müdafiə edir.

mənbə: report

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45