Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi
Dostuna göndər xəbərdən agah olsun:

“Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər”.

Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif “Hayastan” blokunun deputatı Qarnik Danielyan çıxış edib.

O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan polis hadisə yerinə yaxınlaşan “Yerkrapa” Könüllülər Birliyinin avtomobillərinin qarşısından çəkilib, həmən təşkilatın üzvləri isə maşını etirazçıların üzərinə sürüb.

Erməni deputat əlavə edib ki, insident nəticəsində özü də xəsarət alıb və baş verənlərə görə ölkə rəhbərliyi cavabdehdir.

Mənbə: Sputnik Ermənistan

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45