Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək
Latviya Ukrayna ilə bağlı “hava hücumundan müdafiə koalisiyasında” iştirak edəcək.
Bunu Latviyanın müdafiə naziri Andris Spruds Aİ ölkələrinin Xarici İşlər və Müdafiə Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Latviya Kiyev üçün silah almaqdan ötrü yaradılan “pilotsuz uçuş aparatları koalisiyasının” və “mərmilər koalisiyasının” fəal iştirakçısıdır:
“Patriot” sistemləri olan və olmayan ölkələr var. Əgər söhbət hava hücumundan müdafiə sistemlərindən gedirsə, o zaman Latviya da hava hücumundan müdafiə vasitələri ilə öz töhfəsini verəcək. Bizdə qısamənzilli hava hücumundan müdafiə sistemləri var”.
O, həmçinin deyib ki, 2023-cü ildə 4 mindən çox ukraynalı hərbçi Latviyada təlim keçib, analoji təlimlər 2024-cü ildə də davam edir.
(055) 436-46-45