Rusiya klubunun futbolçusu fırıldaqçıların qurbanı olub

Rusiya klubunun futbolçusu fırıldaqçıların qurbanı olub
Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın “Spartak” klubunun futbolçusu Leon Klasson fırıldaqçıların qurbanı olub.

Naməlum şəxs 23 yaşlı müdafiəçiyə dostunun adından yazıb və 400 min rubl borc istəyib.

Klassen tələb olunan məbləği köçürüb. Ertəsi gün həmin adam oyunçudan daha 700 min rubl borc almağa çalışıb və bir neçə günə qaytaracağını vəd edib.

Kartda müəyyən edilmiş limitə görə futbolçu vəsaiti göndərə bilməyib, köçürməni 500 min rublla məhdudlaşdırıb.

O, beş gün sonra tanışı ilə görüşüb və həmin şəxs bu barədə heç nə bilmədiyini bildirib. Klassen fırıldaqçılara pul göndərdiyini başa düşdükdən sonra polisə müraciət edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)