Alimlər iqlim dəyişikliyinin qlobal iqtisadiyyata zərərini hesablayıblar

Alimlər iqlim dəyişikliyinin qlobal iqtisadiyyata zərərini hesablayıblar
Dostuna göndər xəbərdən agah olsun:

Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.

Araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.

Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər.

İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin – meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.

Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)