Bakıda betonqarışdıranla toqquşan TIR-ın kabinəsi qopub düşdü – VİDEO

Bakıda betonqarışdıranla toqquşan TIR-ın kabinəsi qopub düşdü – YENİLƏNİB + FOTO/VİDEO
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baku.ws məlumat yayıb.

Hadisə Binəqədi-Balaxanı şosesində qeydə alınıb.

Şahidlərin dediyinə görə, TIR-la betonqarışdıran maşın toqquşub. Nəticədə yük maşınının kabinəsi qopub düşüb.

Həmin görüntüləri təqdim edirik:

08:48

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)