Biləsuvarda əmək yarmarkası keçiriləcək
Biləsuvar rayonunda əmək yarmarkası keçiriləcək.
Yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45