ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Dostuna göndər xəbərdən agah olsun:

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.

Agah.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen (Janet Yellen) deyib.

O bildirib ki, bu, İranın İsrailə hücumuna cavab məqsədindən irəli gəlir.

Nazirin sözlərinə görə, Vaşinqton Tehrana qarşı mübarizədə tərəfdaşları ilə işləməkdən çəkinməyəcək.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum həyata keçirib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45