Buzovnada 58 yaşlı kişini avtomobil vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Buzovna qəsəbəsində avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İlham Xalıq oğlu Məmmədovu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.