Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Paytaxtın Cavadxan küçəsi 64 ünvanındakı çoxmərtəbəli binanın sakinləri lift problemindən şikayətçidirlər.

Belə ki, doqquzmərtəbəli binanın lifti var, amma xidməti yoxdur.

Sakinlər bildiriblər ki, bir müddət əvvəl lift təmir olunduqdan sonra istifadəyə verilib. Amma üç həftədir ki, yenidən köhnə vəziyyətinə qayıdıb.

Sakinlərin iddiasına görə, liftin işləməsi üçün bir nəfər yanında bələdçi durmalıdır:

“Gərək bir adam gəlsin, burada dursun, onda lift işləyəcək. Bu necə olur? Mən öz işimi atım, gəlim liftə nəzarət edim?”.

Məsələ ilə bağlı Mənzil İstismar İdarəsindən Baku TV-yə bildirilib ki, lift istismara yararsız olduğundan istifadəsi dayandırılıb. Liftin başında dayanmalı olan bələdçi məsələsinə gəlincə isə qeyd edilib ki, lift bələdçisi rəhmətə gedib, bu həftə ərzində yeni bələdçi təyin olunacaq.

Ətraflı süjetdə:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)