FHN əməkdaşı 10-cu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olaraq azyaşlıları xilas etdi – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Babək prospektində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019 və 2021-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45