“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə böyük işgəncələr verilirdi”

Dostuna göndər xəbərdən agah olsun:

“Bir il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə böyük işgəncələr verilirdi”.

Bunu ”Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.

“1997-ci ilin aprelində təxminən bu saatlarda yeddi qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. Bir il 11 ay müddətində əsirlikdə saxlanıldım. Altı ay sonra ulu öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, – deyə o bildirib.

Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir:

“Hər ziyarətimdə məndə eyni hisslər olur”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45