Dünya Bankı Avropa və Mərkəzi Asiya üçün proqnozunu açıqladı
Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2024-cü ildə yavaşlaması ehtimalı var. Bu nəticə Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üçün iqtisadi perspektivlərə dair yeni hesabatında yer alıb.
“Avropa və Mərkəzi Asiyanın inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarında fəallığın bu il yavaşlaması ehtimalı var. Belə ki, regionun inkişaf perspektivləri zəif qlobal iqtisadiyyat, sərt pul siyasəti, Çində yavaşlama və aşağı əmtəə qiymətləri ilə çətinləşir”, – sənəddə deyilir.
DB Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2024-cü ildə 2,8% olacağına aydınlıq gətirir. Halbuki, 2023-cü ildə bu rəqəm 3,3%-ə bərabər olub.
Mənbə: TASS
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45