Biləsuvarda ƏMƏLİYYAT: Çantasında “Kalaşnikov” avtomatı gəzdirən şəxs ələ keçdi – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Biləsuvarda çantasında “Kalaşnikov” avtomatı gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Agah.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.

Ona məxsus idman çantasından bir ədəd “AKS-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)