Ağdaşda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Dostuna göndər xəbərdən agah olsun:

Ağdaşda yolu keçən 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Bu barədə   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, hadisə aprelin 9-da saat Ağdaş şəhəri ərazisində baş verib.

Belə ki, sürücü Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.

5 yaşlı uşaq aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)