Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib.
Modern.az xəbər verir ki, bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib.
Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfov olduğu bildirilib.
Qeyd edək ki, bu kafedranın daxil olduğu Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini Nazim Nağıyev icra edir. N.Nağıyev Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi işləyib, istefada olan polkovnikdir.
AZAL-ın keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına 2023-cü sentyabrın 1-də son qoyulub. O, ölkə başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin sədri idi. 27 il AZAL-a rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
(055) 436-46-45