Azərbaycanda dəhşət: Dörd uşaq atası özünü güllələdi

Paylaş agah olsunlar.

Ucarda dörd uşaq atası intihar edib.

Hadisə bu gün səhər saatlarında rayonun Əlikənd kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Zaməddin Əhəd oğlu Məmmədov ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Dörd uşaq atası olan Z.Məmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş agah olsunlar.