Gəncədə 78 yaşlı kişi intihar edib
Gəncədə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evdə qeydə alınıb.
Orada yaşayan 1946-cı il təvəllüdlü Mübariz Teymurovun evinin həyətində özünü asaraq intihar etdiyi bildirilir. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45