Xankəndidə avtomat və qumbaralar tapılıb
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən üç avtomat silahı, iki tüfəng, beş qumbara, 37 patron darağı, 3 148 ədəd müxtəlif çaplı patron, altı ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(051) 5062008 (Whatsapp)
(051) 5062008 (Whatsapp)