Qəhvə qiymətləri 16 ilin ən yüksək səviyyəsinə çatıb

Dostuna göndər xəbərdən agah olsun:

Robusta qəhvəsinin birja qiymətləri Vyetnamda istiliklə bağlı məhsulun zədələnməsi nəticəsində yaranan qıtlıq gözləntiləri ilə son 16 ilin ən yüksək səviyyəsinə çatıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Aprelin 3-də qəhvə fyuçersləri Londonda ICE birjasında 4.8% artaraq metrik ton üçün 3838 dollara çatıb ki, bu da 2008-ci ildən bəri rekorddur.

“Bloomberg” vurğulayır ki, bu il hazır qəhvə istehsalında istifadə edilən Robusta qəhvəsinin fyuçersləri 30%-dən çox artıb.

Robusta tədarükünün gözlənilən azalması Arabica paxlasının qiymətlərini artırır, Nyu-Yorkda bu premium qəhvənin fyuçersləri 3% artaraq 2024-cü ilin dekabrından bəri ilk dəfə funt üçün 2 dolları keçib.

Bundan əvvəl, 2023-cü ilin dekabrında ekspertlər quraqlıq və istilər səbəbindən ölkədə Robusta istehsalının gözləniləndən 15-20% aşağı ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45