Xankəndidə silah-sursat aşkarlanıb

Dostuna göndər xəbərdən agah olsun:

Ötən gün Xankəndidə səkkiz silah aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri ərazisindən altı avtomat silahı, iki tüfəng, üç qumbara, beş alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1 690 ədəd müxtəlif çaplı patron və digər sursat aşkarlanıb.

Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə respublikanın digər ərazilərində qanunsuz saxlanılan bir tapança, iki tüfəng, üç patron darağı aşkarlanaraq götürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)