FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

Dostuna göndər xəbərdən agah olsun:

Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.

“Hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar FHN əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”yə zəng edin!”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)