AYNA taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin tətbiqi qaydasına aydınlıq gətirib
Azərbaycanda taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin hansı qaydada tətbiq ediləcəyinə aydınlıq gətirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əgər avtomobil 2010-cu il istehsalıdırsa, o halda bu il iyulun 1-dək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə alınmalıdır.
Belə olan halda, bir ildən – yəni avtomobilin yaşının 15 ili tamamlanmasından sonra həmin nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.
Əgər vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək.
Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı isə 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.
(055) 436-46-45