Zaqatalada yük və minik maşınları toqquşub: Xəsarət alan var

Dostuna göndər xəbərdən agah olsun:

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan bir nəfər xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)