Bakıda ahıl kişi qonaq getdiyi evdə yıxılaraq ölüb

Paylaş agah olsunlar.

Bakının Xətai rayonunda ölüm hadisəsi baş verib.

Hadisə Əhmədli qəsəbəsində baş verib.  83 yaşlı Mehdiyev Əkbər Mehdi oğlu ailəsi ilə birlikdə Əhmədli qəsəbəsində yaşayan qohumugilə qonaq gedib.

Ahıl kişi həmin evdə naməlum şəraitdə yıxılıb.   Ağır xəsarət alan Ə.Mehdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, ölüb.  Fakt araşdırılır.

Paylaş agah olsunlar.