Bakıda hamilə qadın xəstəxanada ölüb

Paylaş agah olsunlar.

Bakıda 22 həftəlik hamilə qadın ölüb.

Agah.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaq ilə birlikdə ölüb.

Araşdırmalar zamanı məlum olub ki, Ş. Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də “Mitral qabağın protezinin trombozu” diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş agah olsunlar.