Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs ediliblər – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib, həmçinin rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar.

Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri bir ədəd “AK-74” silahını, iki ədəd “F-1” və bir ədəd “RQN-D” əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və iki ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45