Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.
Hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45