Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb, ölən var

Dostuna göndər xəbərdən agah olsun:

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb.

Hadisə Yeni Həyat kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus VAZ-2112 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər – 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Orxan Alıyev orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)