Cəlilabadda itkin düşən ana və 3 övladı tapılıb

Dostuna göndər xəbərdən agah olsun:

İtkin düşən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ş.Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)