Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Dostuna göndər xəbərdən agah olsun:

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.

Hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə Şərur rayon Aralıq kənd sakinləri, 1953-cü il təvəllüdlü Həsənova Gülnaz Qələndər qızı, 1970-ci il təvəllüdlü Rzayev Pünhan Həsən oğlu və 1987-ci il təvəllüdlü Həsənova Səyyarə Hidayət qızı xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. P.Rzayevin vəziyyəti ağır, digər iki sərnişinin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)