Azərbaycanın Rusiyadakı səfirliyi terror aktı zamanı ölən azərbaycanlı haqqında məlumatları araşdırır

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın 22-də “Crocus City Hall”un konsert zalında baş vermiş terror aktı ilə əlaqədar bütün məsul işçilərə diplomatik nümayəndəlikdə qalmağı tapşırıb.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, indiyədək təcili tibbi yardımla bağlı heç bir müraciət daxil olmayıb: “Terror aktı qurbanları ilə bağlı ilk məlumatlar yayılmağa başlayan kimi səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda yox idi. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, böyük ehtimalla Rusiya vətəndaşı da var”.

Qeyd edilib ki, səfirlik öldürülən şəxsin meyitinin saxlanıldığı yerin müəyyən edilməsi, o cümlədən mərhumun qohumlarının və tanışlarının məlumatlandırılması üçün bütün lazımi tədbirləri görür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)