Sumqayıtda hamilə qadın ölüb
Sumqayıtda hamilə qadın ölüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə “Kimyaçılar” qəsəbəsində qeydə alınıb.
27 yaşlı Lalə Sərdar qızı Hüseynovanın evdə epilepsiyası tutub, təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü qadın beşaylıq hamilə imiş.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45