Başqırdıstanda yanğında 3 nəfər ölüb

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın Başqırdıstan Respublikasının Bişbülək kəndində fərdi evdə baş vermiş yanğın nəticəsində iki uşaq və bir qadın ölüb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqramda bildirib.

“Başqırdıstanda fərdi evdə baş vermiş yanğında iki uşaq və bir qadın ölüb. Bişbülək kəndində Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri 4 və 6 yaşlı oğlanları və 67 yaşlı nənəni çıxarıblar. Hadisə barədə yerli sakinlər məlumat veriblər”, – nazirlik diqqətə çatdırıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)