İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs ediliblər
İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs ediliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İsgəndər Zülfiqarov və Hüseyn Məlikzadə saxlanılıblar.
Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.
İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45