Lənkəranda yaşayış binasında yanğın: 20 nəfər təxliyə edilib

Paylaş agah olsunlar.

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 kubmetr olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 5 kubmetr sahədə və dəhlizində 1 ədəd paltaryuyan maşın yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş agah olsunlar.