Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə irəliləyib – 115-ci yerdədir

Dostuna göndər xəbərdən agah olsun:

2024-cü ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 155 ölkə arasında 48.41 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb.

“Speedtest Global Index”in məlumatına əsasən, Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə dəyişməz qalıb.

Məlumatda bildirilir ki, mobil internetin sürətinə görə birinci yeri Qətər (286.42 MB/S), sonuncu yeri isə Şərqi Timor (155.-ci yer, 3.34 MB/S) tutub.

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə fevralda dünyada 115-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 3 pillə irəliləmədir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)