Bakıda kişi özünü asaraq intihar edib

Dostuna göndər xəbərdən agah olsun:

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, Karxana adlanan ərazidə yaşayan 1973-cü il təvəllüdlü Rauf Ağasan oğlu Zeynalov yaşadığı evdə özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit müayinə olunması üçün ölüxanaya təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)