Komitə sədri: On minlərlə gənc peşə təhsilindən kənarda qalıb, vəziyyət dəyişdirilməlidir
“Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, on minlərlə gənc peşə təhsilindən kənarda qalmaqla yanaşı, həm də iqtisadiyyatımız işçi qüvvəsi potensialını itirir: “Bu vəziyyət köklü surətdə dəyişdirilməlidir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılacaq və müvafiq qərarlar qəbul ediləcək”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45