Sabahdan 28 May metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq
Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan 28 May metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45