Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barədə cinayət işi başlanıb

Dostuna göndər xəbərdən agah olsun:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barədə cinayət işi başlanıb.

Bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Xatırladaq ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib. Hadisə martın 9-da baş verib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45