Fransız redaktor: “II Qarabağ müharibəsinin müsəlman-xristian savaşı kimi təqdim olunması böyük səhvdir”
“İkinci Qarabağ müharibəsini müsəlman-xristian savaşı kimi qələmə verdilər. Bu, çox böyük bir səhvdir”.
“Report”un xəbərinə görə, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brün Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan “Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı paneldə çıxışında deyib.
O xatırladıb ki, Azərbaycan dünyəvi dövlətdir və dinlər arasında fərq qoymur.
Jan Mişel Brün söyləyib ki, müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi qələmə verirlər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45