ABŞ husilərə məxsus 15 pilotsuz uçuş aparatını zərərsizləşdirib

Dostuna göndər xəbərdən agah olsun:

ABŞ ordusu və müttəfiqləri Qırmızı dənizdə “Ənsar Allah” hərəkatına (husilər) məxsus 15 pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Husilər Qırmızı dəniz və Ədən körfəzində genişmiqyaslı PUA hücumu həyata keçiriblər. ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və qırıcıları, 15 PUA-nı vurub”, – məlumatda bildirilib.

Qeyd edilib ki, PUA-lar bölgədəki ticarət gəmiləri, ABŞ HDQ-i və koalisiya gəmiləri üçün təhlükə yaradıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45