Bakıda qadın dəm qazından öldü
Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1950-ci il təvəllüdlü Şəfiqə Murquz qızı Məmmədova Çingiz Mustafayev küçəsindəki evinin hamam otağında olarkən dəm qazından zəhərlənib.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45