Yod çatışmazlığı nədir?

Dostuna göndər xəbərdən agah olsun:

Qəbul etdiyimiz qidalar birbaşa sağlamlığımıza təsir edir. Hazırda XXI əsrdir və həyat keyfiyyətimizi yaxşılaşdırmaq üçün yetərincə  məlumat əldə etmək imkanına sahibik.

Hamıya məlumdur ki, qida məhsullarında yod çatışmazlığı orqanizmin infeksiyalar ilə mübarizəsinə təsir edir. Endokrin vəzləri sistemi əhəmiyyətli dərəcədə orqanizmə təsir edir. Yod qalxanvari vəz hormonlarının yaranmasına  birbaşa təsir edir. Bu hormonların zülal, yağ və karbohidrogen mübadiləsini tənzimləyir, ürək- qan damar, tənəffüs, sinir sisteminin fəaliyyətinə təsir edir və infeksiyalara qarşı dayanıqlığı möhkəmləndirir. Qalxanvari vəzin əsas funksiyası maddələr mübadiləsi prosesini tənzimləməkdir. Buna uyğun olaraq hormonların səviyyəsinin aşağı düşməsi maddələr mübadiləsi prosesini ləngidə bilər, qalxması isə əksinə sürətləndirə bilər.

Hesab olunur ki, qida yodun miqdarında orqanizmə daxil olmasını təmin edir. Lakin bu hər zaman belə olmur. Əgər lazım olan yod miqdarı orqanizmə daxil olmursa, o zaman orqanizm çətinlik çəkməyə başlayır.

Yod defisiti yaşanan rayonlarda insanlar gündəlik yod normasını qəbul etməmiş olurlar. Belə insanlarda qalxanvari vəzin iş fəaliyyəti pozulur,  eşitmə qabiliyyəti azalır, nəbzin döyüntüsü ləngiyir, diqqət pozğunluğu yaranır, gərginlik artır, ruh düşkünlüyü yaşanır, yorğunluq hissi isə artır.

Yod defisiti yaşamamaq üçün qida rasionuna dəniz məhsulları, kivi, feyxoa, ispanaq kimi məhsulları əlavə etmək lazımdır. Bundan başqa, təbii ki, yodlaşdırılmış duzlardan istifadə etmək lazımdır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)