Rusiya 700-ə yaxın əcnəbini axtarışa verdi
Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrində döyüşən 700-ə yaxın əcnəbini axtarışa verib.
Bu barədə jurnalistlərə komitənin mətbuat xidmətindən məlumat verilib.
“Əldə edilmiş sübutlar əsasında Niderland, Yeni Zelandiya, Norveç, Polşa və Rumıniya vətəndaşlarının Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (muzdluluq) ilə qiyabi təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə qərar qəbul olunub. Hazırda 700-ə yaxın əcnəbi axtarışa verilib, onlardan bəziləri qiyabi həbs edilib”, – deyə məlumatda bildirilib.
Mənbə: TASS
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45