Virusu öldürən bitkilər hansılardır

Dostuna göndər xəbərdən agah olsun:

Bu bitkilər nələrə təsir edir?

İnsanın qidalanmağı onun sağlamlığına böyük təsir göstərir. Qaydasız, qarışıq və şirin qidalar parazitlərin və gündəmi zəbt edən virusların çoxalmasına mükəmməl mühit yaradır.

Bataqlıq zanbağı

Mükəmməl xassəyə malik olan bu bitki sinir sisteminə, qara ciyərə və mədəaltı vəzə daxil ola bilən parazitləri məhv edir. Bundan başqa, sinusit, eplepsiya, karlıq, isterika, yaddaş zəifliyi kimi xəsətəliklərin müalicəsində təbii vasitə kimi əvəzolunmaz hesab olunur. Bataqlıq zanbağının köməyi ilə suyu dezinfeksiya etmək də mümkündür.

Gülxətmi

Gülxətminin kökündən istifadə olunur. Bu bitki qanda, plazmada, əzələlərdə, beyində, sinir toxumalarında ola biləcək birhüceyrəli parazitlərə qarşı güclü təsirə malikdir. Bu bitki ən sadə viruslardan tutmuş çoxmetirlik lentəoxşar parazitləri məhv etmək xassəsinə də malikdir. Gülxətmi həyat elementi  sayılan yüksək tutumlu silisium turşusuna sahibdir.

Zirinc

Ən çox zirincin kökündən istifadə olunur. Qurudulmuş və üyüdülmüş zirinci salatlara və yeməklərə qatmaq olar. Zirinc qara ciyərdə olan parazitlərin məhv edilməsində xüsusi rola malikdir. Qara ciyərin fəaliyyətini yaxşılaşdırır, piylərin parçalanmasını təmin edir, qanı təmizləyir.

Mixək

Mixək müxtəlif növ bakteriyaları, virusları  məhv edir. Mixək farinqit, qaymorit, larinqit, diş ağrılarında əvəzolunmaz vasitə hesab olunur. Mixək ağ ciyəri, mədəni və limfa sistemni dezinfeksiya edir.

Söyüd

Ağacın qabığından istifadə olunur. Virus əleyhinə təsirə malikdir.  Təcrübədə əsasən ağrıkəsici kimi istifadə olunur.

Zəncəfil

Bitkinin kökündən istifadə olunur. Virus, göbələk xəstəliyi  və parazitlərə qarşı  geniş təsirə malik olması ilə məşhurdur. Bağırsaqda və tənəffüs yollarında olan parazitlərin məhv edilməsində mükəmməl vasitədir.

Çödükotu

Bu bitki növü hələ qədim zamanlardan dərini təmizləyici vasitə kimi məşhurdur. Çödükotunun yarpaqlarını salatlara və yeməklərə əlavə etmək olar. Bu bitki göbələk və qurdlara qarşı güclü təsirə malikdir.

Gülümbahar

Bitkinin bakterisid təsirə malik olması ta qədim zamandan məlumdur. Bitkinin gülləri çayda istifadə olunur.  Təzə və qurudulmuş güllərin üyüdülmüşü yeməklərin hazırlanmasında ədviyyat kimi istifadə oluna bilər. Bundan başqa parazit əleyhinə təsirə də malikdir.

Başınağacı

Toxumundan istifadə olur. Həzm sistemində, tənəffüs yollarında və sisnir sistemində, hətta qan dövranı sistemində ola biləcək parazitlərlə mübarizədə mükəmməl vasitədir. Parazitlərin bir çox növlərini də məhv edici təsirinə malikdir.

Gicitkan

Bu bitkini yazın əvvəlindən may ayının axırına kimi yığmaq olar. Dəridə, saçlarda, ağ ciyərdə və bağırsaqlarda olan parazitləri məhv etmək xassəsi ilə geniş vüsət alıb.

Küncüt

Bitkinin toxumları dəridə və dərialtı parazitləri məhv edə biləcək yağa sahibdir. Küncütün toxumları yeməklərdə istifadə olunur. Ən güclü parazit əleyhinə effektə malik olanı isə qara rəngdə olan toxumlarıdır.

Qarayonca

Otundan istifadə olunur. Cavan bitkisindən isə salatlarda da istifadə etmək olar. Virus əleyhinə təsirə mailkdir. Açıq yaralarda ola biləcək parazit əleyhinə mükəmməl vasitədir. Cəfəri, gicitkan kimi bitkilərlə qarışmı yol veriləndir.

Zəncirotu

May və iyun aylarında toplanır. Qan dövranı sistemində,  həmçinin qaraciyər və böyəklərdə parazit əleyhinə təsirə malikdir.

Xəndəkotu

Bitkinin kökündən və yarpaqlarından istifadə olunur. Bu bitkinin parazit əleyhinə təsirini qanda, əzələlərdə, beyində, sinir sistemində görmək mümkündür. Xəndəkotu parazitlərin təsiri nəticəsində yeyilmiş toxumaların reqenerasiya olunmasında güclü təsirə malikdir.

Dağ tərxunu

Dağ tərxunu qurdlarla müalicədə istifadə olunur.  Qotur və birələrə qarşı müalicəvi təsirə malikdir. Qeyd etmək lazımdır ki, dağ tərxunu zəhərli bitki  hesab olunur və buna görə də, dozasına fikir vermək lazımdır. Ürək bulanma zamanı dağ tərxunu çiçəyindən hazırlanmış cövhərdən istifadə etmək olar.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)